Ərzaqlar:

1 st quru paxla

50 q kərə yağı

1/2 st qoz ləpəsi

2 baş soğan

Duz

Istiot

Hazırlanması:

Paxlanı bişirməmişdən qabaq 1-2 saat suda saxlayırıq. Sonra suda tam hazır olana qədər bişiririk.

Soyuduqdan sonra ət çəkən maşından keçiririk.

Soğanı doğrayıb duz töküb yağda qızılı rəngdə olana qədər qızardırıq.

Qızardılmış soğanı da ət maşınından keçiririk.

Qoz ləpəsini ya bıçaqla doğrayırıq ya da sürtgəcin böyük gözündən keçiririk.

Bütün ərzaqları duz istiot töküb qarışdırırıq.

Kağız sərib qarışığı rulon kimi duzəldib bükürük.

Hazır paştet bir necə saat soyuducuda qalıb donmalıdır.

 Nuş olsun!

Comments

comments