Azərbaycanın milli xörək növlərindən biridir.

Ərzaqlar:

(5-6 nəfərlik)

6 st süd

1/2 st yumru düyü

4 x.q şəkər tozu

50 q kərə yağı

1 x.q darçın

Hazırlanması:

Təmiz yumru düyünü maşında üyüdüb, un halına salırıq. İstəsəniz düyünü 2 saat suda saxlayıb, sonra qurudub, çəkə də bilərsiniz. Düyünü nə qədər yusanız o qədər də nişastası gedir.

Qazana südü, çəkilmiş düyünü, yağı və şəkər tozunu  töküb, qarışdırırıq və qazın üstünə qoyuruq.

Dayanmadan asta qarışdırırıq. Süd qatılaşıb, qaynamağa başlayanda 5 dəqiqə qarışdırıb, götürürük.

Firni hazır olan kimi isti-isti boşqablara tökürük. Zövqə görə darçınla üstünü bəzəyirik.

Nuş olsun!

Comments

comments