Azərbaycanın qədim milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:

6 st un, 1-2 ədəd yumurta,1/3 ç.q sarıkök, 1 x.q duz, 1 ç.q maya, 2 st ilıq su (təqribən), yuxaları yaymaq üçün un

İç üçün:

4-5 st çəkilmiş qoz ilə çəkər tozu qarışığı.(təqribən), zövqə görə içliyə hil ya da vanil tökə bilərsiniz.

Qızartmaq üçün:

Bitki yağı ya da əridilmiş kərə yağı

Hazırlanması:

İçliyi hazırlamaq üçün qozu qoz çəkən maşından keçirib 1:1 nisbətdə şəkər tozu töküb qarışdırırıq. 1/4 ç.q hil töküb yenə qarışdırırıq. İçliyimiz hazırdır.

Xəmiri hazırlamaq üçün bax: https://resept.az/qutab-x%C9%99mirinin-hazirlanmasi/ Hazır yuxanı 4sm ya da 5 sm enində kəsirik.

Qutabı aşağıdakı şəkildəki kimi bükürük. (Şəkili yerdə çəkdiyimə baxmayaraq qutab əldə bükülür) Kəsdiyimiz lentin birini əlimizə alırıq.

Baş hissədən fırladıb içəri doğru qatlayırıq.

İçinə 1 ç.q dolu içlik qoyuruq.

Bir dəfə qatlayırıq.

Ağız hissədəki yuxanı üç künc kəsirik.

Kəsilmiş yuxanın uc hissəsini içəri doğru qatlayıb soxuruq.

Qutab hazırdır.

Bükülmüş qutabları qurumasın deyə qaba yığıb ağzını örtürük ya da sellofana yığıb soyuducuda saxlayırıq. Süfrəyə veriləndə tavada yağı qızdırıb hər iki üzünü qızardırıq.

Qeyd: 1. Zövqə görə qutabların üstünə şəkər kirşanı ya da şəkər tozu səpə bilərsiniz.

2. Yuxaların yanlarından qalan hissələrdən xingal bişirə bilərsiniz.

3. Bu qutabın hazırlanmasının başqa üsulları da var. Belə ki, içliyə yuxa qırıntıları töküb qarışdırılır və bükəndə isə yuxanın ucunu içəri yox üst hissəyə duru xəmir hazırlanıb onunla yapışdırılır.Nuş olsun!

Comments

comments