Ərzaqlar:
Üstü üçün:
4 ədəd toyuğun döş əti
Duz
İçlik üçün:
200 q kərə yağı
1 balaca dəstə cəfəri (ya da şüyüd)
Qızartmaq üçün:
3 yumurta
Suxarı
Bitki yağı
Hazırlanması:
Çəfərini təmizləyib yuyuruq və xırda doğrayırıq.
Yağı 25 q olmaqla 8 hissəyə bölürük.
Toyuğun döş ətini yuyuruq. Suyu süzüləndən sonra bıçaqla ortasından kəsib yarıya bölürük. Üstünə klyonka çəkib mətbəx çəkicinin arxası ilə döyüb nazildirik. Amma elə etmək lazımdır ki, ət paralanıb deşilməsin.
Sonra ətin hər tərəfini duzayırıq. Bu şəkildə ətin hamısını düzəldirik.
Birini açıb içinə 25 q yağ qoyub üstünə döğradığımız cəfəridən səpirik. Ehtiyatla bükürük.Elə bükmək lazımdır ki deşik qalmasın. Hər tərəfi yaxşı örtürülsün.
Bu şəkildə səkkizini də düzəldirik.
Yumurtaları sındırıb çalırıq.
Hazir kotletin hər tərəfini birinci çalınmış yumurtaya sonra suxarıya batırırıq.Yenə yumurtaya batırıb suxarıya batırırıq.
Tavaya yağ tökün istidirik. Hazır kotletləri düzüb hər tərəfini qızardırıq.
Qızarmış kotletləri yağı çəkilsin deyə salfetin üstünə yığırıq.
Qeyd: Zövqə görə kim göyərti xoşlamırsa istifadə etməyə bilər.
Nuş olsun!