Ərzaqlar:

(4 nəfərlik)

4 ədəd toyuğun döş əti

3 ədəd baş soğan

3 ədəd pomidor

1 ədəd şirin bibər

2 ədəd yerkökü

1 x.q tomat

2 x.q mayonez

1 x.q əridilmiş kərə yağı

150-200 q pendir

Bitki yağı

Duz

İstiot

Hazırlanması:

Toyuğun döş ətini yuyuruq suyu çəkilir. Döş ətini yarıya bölüb mətbəx çəkici ilə döyürük. 8 ədəd alınacaq.

Döyülmüş döş ərini duzlayıb istiotlayıb tavada bitki yağında hər iki üzünü qızardırıq.

Soğanı xırda doğrayırıq.

Üstünə əridilmiş kərə yağını və 2 x.q bitki yağı əlavə edib duz səpib qızılı rəngdə olana qədər qovururuq.

Tomatı əlavə edib 3-5 dəq qovururuq.

Yerkökünü təmizləyib sürtgəcin böyük gözündən keçiririk.

Yerkökünü qovrulmuş soğana əlavə edib 5 dəqiqə qovururuq.

Şirin bibəri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Bibəri də əlavə edib 10 dəqiqə qarışığı qovururuq.

Mayonezi əlavə edib qarışdırıb 15-20 dəqiqə vam odda bişiririk. Zövqə görə duz və istiotunu əlavə edirik.

Pomidoru yuyub halqa doğrayırıq. Doş ətini qızartdığımız yağda pamidoru da az duz töküb pörtürük.

Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Qaba əvvəlcə döş ətlərini yan-yana yığırıq.Qızartdığımız yağı da qaba tökürük.

Üstünə hazırladığımız tərəvəzli qovurmanı yayırıq.

Onun üstünə pamidor halqalarını düzürük.

210 dərəcədə qızdırılmış sobaya yeməyi qoyuruq. 10-15 dəqiqə keçən kimi yeməyi sobadan çıxarıb üstünə pendiri səpib yenidən sobaya qoyuruq.

10-15 dəqiqədən sonra yeməyimiz hazırdır.

Nuş olsun!

Comments

comments