Ərzaqlar:

3 st un

250 q kərə yağı

200 q pəhriz kəsmiyi

1/3 ç.q duz

1 paket qabartma tozu

1 paket vanil

Üstünə səpmək üçün şəkər tozu

Yaymaq üçün: 1-2 x.q un

Hazırlanması:

Yağı sürtgəcin böyük gözündən keçiririk.

Yağa unu əlavə edib ovuruq.

Vanili, qabartma tozunu və duzu da töküb kəsmiyi əlavə edib əlimiz ilə normal xəmir düzəldirik.

Xəmiri sellafana qoyub soyuducuda 2 saat saxlayırıq.

Xəmiri iki hissəyə bölürük. Hər birinin altına un səpib oxlov vasitəsilə 4-5 m.m qalınlıqda yayırıq.

Stəkanın ağızı ilə dairələr kəsirik. (Əgər stəkanın ağızı xəmirə yapışarsa ağız hissəni unlayın onda yapışmayacaq)

Alınan dairələri şəkildəki kimi formaya salırıq. Üç hissələrini az basırıq ki, bişəndə açılmasın.

Bir üzünü şəkər tozuna batırıb qaba yığırıq.

200 dərəcədə qızdırılmış sobada 30-40 dəqiqəyə üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments