(Azərbaycanın milli şirniyyat növlərindən biri)

Ərzaqlar:

Xəmir üçün:

2,5 st un

200 q xama

125 q kərə yağı

İçlik:

1 st qoz ilə şəkər tozu qarışığı

2 x.q bal

Çay qaşığının ucunda darçın

Üzü üçün:

1 ədəd yumurta

Hazırlanması:

Əvvəl içliyi hazırlayırıq. Qozu qovurub təmizləyirik. Soyuduqdan sonra maşından keçirdirik. Şəkər tozu ilə qarışdırırıq.

(200 q qoza 160 q şəkər tozu tökürük)

İçliyə balı və darçını əlavə edib qarışdırırıq. İçlik hazırdı.

Yağı bıçaqla xırda doğrayırıq.

Ələnmiş unu əlavə edib ovuruq.

Ovduqdan sonra xamanı əlavə edib xəmiri yoğururuq. Yumşaq xəmir olacaq.

Xəmiri təqribən 40 qramlıq 10 hissəyə bölüb kündəliyirik.

Kündəni oxlov vasitəsi ilə bir tərəfini o biri tərəfinə nisbətən enli yayırıq.Kündələrin hamısını bu şəkildə yayırıq.

Hər birinə 1 x.q içlik qoyub şəkildəki kimi bükürük.

Hazır xəmiri sobanın qabına yığırıq.Üstünə yumurta sarısı çəkirik.

200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments