Azərbaycanın milli şirniyyat növlərindən biridir.
Ərzaqlar:
Xəmir üçün:
1 kq un, 2 yumurta, 1/2(yarım) ç.q sarıkök, 1 ç.q dolu duz, 2 st süd (ehtiyac olsa aparanadək əlavə edirik), 1 ç.q quru maya
İçlik üçün:
2 st un, 1 ç.q duz, 10-11 x.q əridilmiş kərə yağı, 1/4 ç.q istiot, 2 ç.q cirə, 2 ç.q razyana, 1/3 (üçdəbir) ç.q sarıkök
Yağlamaq üçün:
400-450 q kərə yağı
Üzü üçün:
1 ədəd yumurta, xaş-xaş
Hazırlanması:
Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq süddə qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.
Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.
Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.
Xəmiri qarışdırıb tam həll olanadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə sellofan çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.
İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.
Hazır olanda başqa qaba tökürük soyuyur. Soyuduqdan sonra duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırırıq.
Hazır kütləyə əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.
İçlik hazırdır.
Yuxaları yağlamaq üçün yağı qabda əridirik .
Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.
Xəmir 2 saata acıyır.
Xəmirdən 15-16 kündə düzəldirik. 5 dəqiqə qalır kündələr özünə gəlir.
Nazik yuxa yayırıq.
Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq.
Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.
Ortasını aralayıb içlik qoyub ağzını bükürük.
Azca əlimizlə yayıb qurumasın deyə üstünü sellofan ilə örtürük.
Hazır qoğalların üzünü çevirib əlimizlə az yayıb qaba düzürük. Üzərini yumurtalayb xaş-xaş səpirik.
220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!