Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:

3 st un

200 q xama

125 q kərə yağı

İçlik üçün:

220 q qoz ləpəsi

180 q şəkər tozu

1 x.q bal

1/3 ç.q darçın

Üzü üçün :

1 ədəd yumurta

Hazırlanması:

İçliyi hazırlayaq. Əvvəlcə tavada qozu az qovururuq. Sonra qozu sürtgəcli maşından keçiririk.Çəkilmiş qoz ilə şəkər tozunu qarışdırdıqdan sonra balı və darçını əlavə edib yaxşı qarışdırırıq. İçliyimiz hazırdı.

İndi isə xəmiri hazırlayaq. Unu dərin bir qaba ələyirik. Üstünə yumşaq yağı əlavə edib əlimizlə ovuruq.

Xamanı əlavə edib yaxşı qarışdırıb əlimizlə yumşaq xəmir düzəldirik.

Xəmiri iki hissəyə bölürük.

Kündənin birini oxlov vasitəsilə 3-4 mm qalınlıqda yayırıq.

Hazırladığımız içliyin yarısını yaydığımız xəmirin üstünə tökürük.

Enli tərəfdən başlayaraq bükürük və xəmirin uclarını yapışdırıb bərkidirik ki, açılmasın.

O biri kündəni də eyni qayda ilə hazırlayırıq.

Sobanın qabına kağız sərib dürməkləri qoyuruq.(Kağızsız da qoya bilərsiniz onda altına az yağ vurun)

Üzünə yumurtanın sarısını çəkirik.

190-200 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.

Tamam soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments