Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

6 ədəd yumurta

2 st şəkər tozu

2 st un

1 st qoz ləpəsi

1ç.q sirkə

1 ç.q soda

1 paket vanil

Krem üçün:

1 ədəd qatılaşdırılmış süd

200-250 q kərə yağı

1/2 paket vanil (zövqə görə)

Tortu bəzəmək üçün:

Şokolad

Qoz ləpəsi

Hazırlanması:

Kremi hazırlamaq üçün: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url] baxa bilərsiniz.

Bu ölçülərlə 2 lay bişirəcəyik. Bir lay üçün ölçülər aşağıdakı kimidir.

1 laya –  3 yumurta, 1 st şəkər tozu, 1 st un, 1/2 st qoz ləpəsi,

1/2 paket vanil, 1/2 ç.q soda, 1 ç.q sirkə

Qoz ləpəsini qazın üstündə tavada az qovururuq. Qoyuruq soyuyur.

Əvvəlcə 3 yumurtanın sarısını ağından ayırıb ağını mikserlə köpüklənənə qədər çalırıq.

Yumurta ağının üstünə 1 st şəkər tozunu az-az əlavə edib yenə mikserlə çalırıq. Sonra sarıları əlavə edib çalırıq.

Sodanı sirkə ilə qarışdırıb töküb mikserlə çalırıq.

1/2 st qozu bıçaqla doğrayıb töküb taxta qaşıqla qarışdırırıq.

Vanili və ələnmiş unu əlavə edib taxta qaşıqla qarışdırırıq.

Diametri 26-28 sm olan qabın içinə kağız qoyub xəmiri tökürük.

180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Bu qayda ilə ikinci layı da bişiririk. Tamam soyuduqdan sonra bıçaq vasitəsi ilə layları iki yerə bölürük.

Laylar tamam soyuduqdan sonra kremləyirik. Layları bir-bir qoyub aralarına krem çəkirik.

4-cü layı qoyub üstünü və tortun yanlarını kremləyirik.

Yanlarını və üstünü şokalat və qoz qırıntıları ilə bəzəyirik. Şokaladı sürtgəcdən keçirib tortun yanlarına vururuq. Üstünü həm şokalad həm də qoz ləpəsi ilə bəzəyirik.( Krem vasitəsilə də gül və ya yazı qoyub bəzəyə bilərsiniz)

Nuş olsun!

Comments

comments