Ərzaqlar:

2 ədəd pomidor

2 ədəd xiyar

1 baş qırmızı soğan

1 diş sarımsaq

1/2 limon

3-4 x.q zeytun yağı

Reyhan, şüyüd

Duz

Istiot

Hazırlanması:

Soğanın və sarımsağın qabığını təmizləyib yuyuruq. Soğanı iki ya da dörd bölüb nazik doğrayırıq. Sarımsağı isə xırda doğrayırıq.

Pomidoru yuyub dörd künc doğrayırıq.

Xiyarı yuyub dörd künc doğrayırıq.

Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Pomidor, xiyar, soğan, sarımsaq və göyərtiləri duz, istiot, limon şirəsini və zeytun yağı töküb qarışdırırıq.

Nuş olsun!

Comments

comments