Ərzaqlar:

50 q kərə yağı

4 x.q kakao

4 x.q şəkər tozu

4 x.q süd

Hazırlanması:

Şəkər tozu, kakaonu əvvəlcə qarışdırırıq. Sonra südü əlavə edirik .

Qazın üstündə üstündə qarışdıra-qarışdıra 3-5 dəqiqə bişiririk və qatılaşan kimi götürürük.

Yağı əlavə edib qarışdırırıq. Yağ tamam əriməlidir.

Püreni adətən düzəldən kimi istifadə etmək lazımdır. Soyuduqda bərk olacaq.

Nuş olsun!

Comments

comments