
Ərzaqlar:

500 q bişmiş qoyun ətinin qiyməsi
500-600 q şirin bibər
2 x.q əridilmiş kərə yağı
Duz
İstiot
1/3 st bulyon ya da su
Çay qaşığının ucunda darçın
Sarıkök
Qatıq
Hazırlanması:
Qiyməni hazırlamaq üçün soğan ilə çəkilmiş (500 q ətə 1-2 ədəd baş soğan) qoyun ətini yağ əlavə edib qovururuq. Tam bişməsi üçün az su əlavə edib bişiririk. Suyu çəkilib yağa düşəndə darçın, sarıkök, duz və istiotunu töküb 5-10 dəqiqə qovurub götürürük.

Bibərləri yuyub ağız hissədən kəsib içini çıxardırıq.

Hazır qiyməni bibərin içinə yığırıq.

Üstünə bulyon (su) və əridilmiş yağ əlavə edib vam odda 20-25 dəqiqə bişiririk.

Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Hazır dolma süfrəyə verildikdə yanında qatıq verilir.

Nuş olsun!






























