Ərzaqlar:

Xəmir üçün:

5 st un

2 ədəd yumurta

1 st süd

1/2 st şəkər tozu

100 q kərə yağı

1 dolu ç.q quru maya

1/2 ç.q duz

1 paket vanil

Üzü  üçün:

1 ədəd yumurta

2 x.q. duru yağ

Hazırlanması:

Mayanı ilıq südlə qarışdırırıq. 10-15 dəqiqə qalır köpür.

Yağı əridirik.

Südü də ilıq qızdırıb yağ ilə qarışdırırıq.

Unu dərin bir qaba ələyib ortasını aralayıb yumurtanı sındırıb tökürük. Duzu, şəkər tozunu, vanili, mayanı, sud ilə yağ qarışığını da əlavə edib əvvəl qaşıqla sonra əlimizlə kütləni qarışdırırıq.

Yumşaq xəmir yoğururuq.

Xəmirin üstünə sellofan qoyub parça ilə örtüb isti yerdə 3 saat acımağa qoyuruq.

Xəmir acıdıqdan sonra onu eyni ölçülü hissələrə bölüb kündələyirik.

Kündələri kağız sərilmiş sobanın qabına aralı düzürük.

Üstünə duru yağ çəkirik. 1 saat qalır kündələr özünə gəlir.

Sonra üzərinə yumurta çəkib bişməyə qoyuruq.

210 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments