Ərzaqlar:

2 kq sümüklü qoyun əti

3-4 ədəd baş soğan

4 ədəd pomidor

2 ədəd şirin bibər

2 x.q əridilmiş kərə yağı

Duz

İstiot

Şüyüd

1 ədəd limon

Hazırlanması:

Qoyun ətinin 30-40 q sümüklü tikələrini yuyub üstünə su töküb yarıhazır olana qədər suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq və duz əlavə edirik.

Əti bulyondan çıxardırıq.(Əti su ilə yuduqda üstünün kəfi gedir təmiz olur )

Soğanı soyub yuduqdan sonra iki bölüb nazik doğrayırıq.

Doğranmış soğanın üstünə duz töküb əvvəlcə öz suyundə portürük.

Sonra yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Əti soğanın üstünə əlavə edib 3-5 dəqiqə qovururuq.

Bulyonu əlavə edirik. İçinə pomidor və bibərləri yerləşdiririk. Duzuna baxıb duz istiotunu da əlavə etdikdən sonra normal odun üzərində ət tamam bişənə qədər bişiririk.Hazır olduqda cox az suyu qalır.  (Bu yeməyi bişirmək üçün yaxşı olar ki, enli düz qazan götürəsiniz. Onda ət ilə tərəvəzləri yan-yana düzmək olur)

Kələpur süfrəyə verildikdə limon və şüyüdlə bəzəyirik.

Nuş olsun!

Comments

comments