Ərzaqlar:

500 q yaşıl lobya (paxla)

2 ədəd baş soğan

2 ədəd yumurta

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Lobyanı təmizləyib yuduqdan sonra üstünə su töküb qazın üstündə bişiririk.

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Doğranmış soğanın üstünə duz və yağ töküb qızılı rəngdə olana qədər qovururuq.

Qovrulmuş soğanın üstünə bişmiş paxlanı əlavə edib qovururuq. Duz və istiotuna baxıb əlavə edirik.

Tamam qovrulanda yumurtanı sındırıb duz əlavə edib çalıb tökürük.

Yumurta bişdikdə yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments