Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
1 kq. qatıq, 2 st su, 3 ədəd xiyar, 1 balaca dəstə keşniş, 1 balaca dəstə şüyüd, 1 balaca dəstə göy soğan, 1 balaca dəstə reyhan, zövqə görə duz
Hazırlanması:
Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Xiyarı yuyub qabığını soyub xırda kub şəklində doğrayırıq.
Qatığa su və duz əlavə edib çalırıq.
Doğradığımız göyərti və xiyarı əlavə edib qarışdırırıq.
Atlama süfrəyə kasalarda soyuq halda verilir.
Nuş olsun!
atlama nece hazirlanir, dograma nece hazirlanir, ayran, atlama, doğrama