Ərzaqlar:

1/2 st süd

1/2 st şəkər tozu

100 q şokolad

400 q qaymaq

Hazırlanması:

Şokoladı su hamamında əridirik.

Südü və şəkər tozunun yarısını ərimiş şokoladın üstünə əlavə edirik.

Şokolad qarışığını az qatılaşana qədər vam odda 5 dəqiqə qarışdırırıq.

Qarışığı kənara qoyuruq tamam soyuyur.

Qaymağı mikserlə 3-5 dəqiqə çalırıq.

Qalan şəkər tozunu qaymağın üstünə əlavə edib 3-5 dəqiqə mikserlə çalırıq.

Soyumuş şokoladı qaymağın üstünə əlavə edib 3-5 dəqiqə mikserlə çalırıq.

Hazır dondurmanı qaba töküb ağzını bağlayıb soyuducunun dondurucu gözünə qoyuruq.

Ən azı 3 saat buzxanada qalmalıdır. Tamam donduqdan sonra çıxarıb süfrəyə verə bilərsiniz.

Qaba qoyduqda zövqə görə istəsəniz şokolad qırıntıları səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments