Ərzaqlar:

200 q kərə yağı

4/5 st şəkər tozu

3 ədəd yumurta

3,5 st un

1 paket qabartma tozu

1 paket vanil

İçlik üçün:

700 q ərik

Hazırlanması:

Yumşaq kərə yağı, vanil və şəkər tozunu qaşıqla tam qarışana qədər çalırıq.

Yumurtanı əlavə edib yenə qarışdırırıq.

Qabartma tozu və unu əlavə edib xəmiri düzəldirik.

Diametri 28 sm olan qab götürüb kərə yağı ilə yağlayıb xəmirin 2/3 hissəsini qoyub yayırıq. Xəmirin 1/3 hissəsini bəzək üçün saxlayırıq.

Əriyi yuyub tumunu çıxarıb xırda doğrayırıq.

Doğradığımız əriyi xəmirin üstünə töküb bərabər yayırıq.

Bəzək üçün saxladığımız xəmiri un vasitəsi ilə yayıb lent kimi kəsirik. (Piroqu istədiyiniz kimi bəzəyə bilərsiniz) Lentlərdən əriyin üstünə düzüb ortasına gül düzəldib piroqumuzu bəzəyirik.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Piroq ilıq olanda qabdan çıxardırıq.

Tamam soyuyanda süfrəyə verə bilərsiniz. Zövqə görə istəsəniz piroqun üstünə şəkər kirşanı səpəbilərsiniz.

Nuş olsun!

Comments

comments