Ərzaqlar:
3 ədəd yumurta
1 st şəkər tozu
1 st süd
2/3 st zeytun ya da bitki yağı
3 st un
1 paket qabartma tozu
1 paket vanil
4 x.q damla şokoladı
2 x.q kakao
1/3 ç.q darçın
Hazırlanması:
Yumurtanı mikserlə ağaranadək çalırıq.
Şəkər tozu və vanili əlavə edib çalırıq.
Yağı əlavə edib çalırıq.
Südü əlavə edib çalırıq.
Darçını və kakaonu əlavə edib çalırıq.
Unu və qabartma tozunu əlavə edib çalırıq.
Diametri 22 sm olan ortası boş keks qabı götürüb kərə yağı ilə yaxşı yağlayırıq.
Damla şokoladı qabın içinə səpirik.
Hazır xəmiri qaba tökürük. Qalan şokoladı ara-ara xəmirə əlavə edirik.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Nuş olsun!