(4 nəfər üçün)
Ərzaqlar: 1 paket Superfresh mantı (450 qr), 6 ədəd pomidor, 1 ədəd bibər, 2 diş sarımsaq, 1 ədəd balaca baş soğan,duz, istiot, 3 x.q duru yağ
Hazırlanması:
Sosu hazırlamaq üçün pomidoru, soğanı, sarımsağı və bibəri təmizləyib yuyub blenderdən keçiririk. Tavaya duru yağı və blenderdən keçirdiyimiz qarışığı tökürük. Üstünə zövqə görə duz və istiotu əlavə edib suyu çəkilib yağa düşənə qədər bişiririk.1 qazan qaynayan suya 1 paket mantını əlavə edib 12-15 dəqiqə qaynadırıq.Mantını süzüb boşqaba çəkirik. Üzərinə qatıq və sous əlavə edirik. Zövqə görə nanə, sumak və göyərti əlavə edə bilərik.
Nuş olsun!
manti, mantı, mantı necə hazırlanır, hazır mantı, kayseri mantı