Ərzaqlar:

150 q toyuğun döş əti

2 ədəd kartof

2 ədəd yumurta

1 ədəd kök

2 x.q zirinc

5-6 ədəd qoz ləpəsi

Mayonez

Duz

Istiot

Hazırlanması:

Zirinci təmizləyib yuyub qurulayırıq.

Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik üzün hissələrə bölürük.

Yumurta, kök və kartofu da suda bişirib soyuduqdan sonra təmizləyirik. Üçünü də sürtgəcin böyük gözündən keçiririk.

Qoz ləpəsini sürtgəcin böyük gözündən keçiririk ya da bıçaqla doğrayırıq.

Düz qab götürürük.

1-ci kartofu yayıb duzlayıb mayonezləyirik.

2-ci kökü yayıb duzlayıb mayonezləyirik.

3-cü yumurtanı yayıb duz səpib mayonezləyirik.

4-cü toyuq ətini töküb mayonezləyirik.

5-ci qozu səpirik.

6-cı zirinci səpirik.

Salat bir neçə saat soyuducuda qaldıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments