Ərzaqlar:

3 ədəd badımcan

100 q sarı bərk pendir

1 ədəd yumurta

2 x.q mayonez

1 diş sarımsaq

Duz

Qızartmaq üçün duru yağ

Hazırlanması:

Badımcanın qabığını aralı soyub nazik dilimləyib duzlayıb 20-25 dəqiqə qoyuruq qalır.

Acı suyunu sıxıb yuyub az duzlayırıq.

Tavada yağda hər iki üzünü qızardırıq.

Qoyuruq soyuyur.

Pendiri sürtgəcin xırda gözündən keçiririk.

İçliyi hazırlamaq üçün yumurtanı suda bişirib soyuyandan sonra sürtgəcin xırda gözündən keçiririk.

Üstünə duz və mayonez töküb qarışdırırıq.

Badımcanın qızarmış bir dilimini götürüb bir tərəfdən içlikdən 1 ç.q qoyub bükürük.



Bu qayda ilə hamısını hazırlayırıq.

Qaba yığıb üstünə çöp taxırıq.

Nuş olsun!

Comments

comments