Ərzaqlar:
200 q toyuğun döş əti
3 ədəd yumurta
1 ədəd qırmızı soğan
1/2 st qoz ləpəsi
Mayonez
Duz
İstiot
Hazırlanması
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra doğrayırıq.
Qozu ya blenderdən keçiririk ya da bıçaqla doğrayırıq.
Yumurtaları sürtgəcin böyük gözündən keçiririk.
Soğanı dörd bölüb nazik doğrayırıq.
İsti suda 15 dəq saxlayıb sonra sudan çıxardıb soyuq suya salıb soyudub, salfet ilə quruduruq.
Bütün ərzaqları bir yerə töküb qarışdırırıq.
Duz, istiot və mayonez töküb qarışdırırıq.
Salatı zövqə görə bəzəyirik.
Nuş olsun!