Ərzaqlar:

2,5 st süd (ya da su)

1 st un

2-3 ədəd yumurta

1/2 x.q şəkər tozu

1/4 x. q duz

1 x.q bitki yağı

Qızartmaq üçün:

5-6 x.q bikti yağı

Pambıq

İçlik üçün:

3 ədəd yumurta

Balaca dəstə göy soğan

Duz

Qeyd: Yuxarıda göstərilən blinçik reseptinə görə 28-30 ədəd blinçik alınır. Bu içliyə görə isə 14-15 ədəd blinçiki bükmək olar. İstəsəniz blinçikin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.

Hazırlanması:

Bilinçiki hazırlamaq üçün bax [url=http://resept.az/Blincikin-hazirlanmasi-2161.html]Bilinçikin hazırlanması[/url]

İçliyi hazırlamaq üçün yumurtanı suda bişirib qabığını soyuruq. Soyuduqdan sonra sürtgəcin böyük gözündən keçiririk. Üstünə soğanı təmizləyib xırda doğrayıb tökürük.

Duz səpiriq və yaxşı qarışdırırıq.

İçliyimiz hazırdı.

Hazır bilinçiklərin birini götürüb içinə 1 ç.q dolu içlik qoyub adi bilinçik kimi bükürük.

Bükülmüş bilinçikləri yağda hər iki üzünü qızardırıq.

Nuş olsun!

Comments

comments