Ərzaqlar:

3 ədəd kartof

1 ədəd qırmızı baş soğan

1 balaca dəstə şüyüd

1 ədəd nar

3-4 x.q mayonez

Duz

Istiot

Hazırlanması:

Kartofu suda bişirib qabığını soyuruq. Soyuduqdan sonra kub şəkildə doğrayırıq.

Qırmızı soğanı təmizləyib yuyub iki bölüb nazik doğrayırıq.

Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.

Doğranmış kartofu, soğanı, şüyüdü və nar dənəsini qarışdırırıq.Zövqə görə duz və istiotunu da vurub mayonezləyirik.

Ən azı 30 dəqiqə saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments