Ərzaqlar:
3 st ət suyu
2 pomidor
2 ədəd baş soğan
1 ədəd yumurta
2 x.q əridilmiş kərə yağıDuz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğanın üstünə yağ və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Pomidorun qabığını soyub xırda doğrayıb qovrulmuş soğanın üstünə töküb 3-5 dəqiqə qovururuq.
Sonra ət suyunu əlavə edirik.
Ət suyu qaynamağa başlayandan 5-10 dəqiqə sonra yumurtanı çalıb tökürük. Yumurtanı tökəndə yeməyi qarışdıra-qarışdıra tökürük.
Zövqə görə yeməyin duzunu və istiotunu əlavə edib, 3-5 dəqiqə kimi bişirib götürürük.
Nuş olsun!