Ərzaqlar:2 paket krem qaymaq, 2 x.q şəkər tozu, 1 paket maya, 1 ç.q duz, 2 ədəd yumurta (1 yumurtanın sarısı üstü üçün saxlanılır), 3,5 st un
İçlik üçün:
200 q ağ pendir, 1 dəstə cəfəri
Üstü üçün:
1 ədəd yumurta sarısı, çörəkotu, küncüt
Hazırlanması:
Krem qaymaq, duz, maya, şəkər tozu və yumurtanı dərin bir qaba töküb qarışdırırıq.
Sonra undan az-az əlavə edib qaşıqla sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmiri 1 saat isti yerdə qoyuruq acıyır.
İçlik üçün pendiri çəngəl ilə əzirik. Üstünə təmizlənib yuyulub xırda doğranmış cəfərini töküb qarışdırırıq.
Xəmir acıdıqdan sonra 40 q kündələr hazırlayırıq.
Kündənin içinə pendir ilə cəfəri qarışığını qoyub şəkildəki kimi bükürük.
Bütün kündələri bu şəkildə hazırlayırıq.
Üstünü örtürük 20-25 dəqiqə qalır
Sonra üstünə yümurta çəkib, çörəkotu və küncüt səpirik
190 dərəcə qızdırımış sobada qızaranadək bişiririk.
Nuş olsun!
poğaça necə hazırlanır, asan poğaca hazırmalaq, poğaca resepti,