Ərzaqlar:
1 st yulaf
2 st su
3 st süd
5 x.q şəkər tozu
50 q kərə yağı
Hazırlanması:
Yulafı təmizləyib bir neçə dəfə yuyuruq.Üstünə su töküb ocağa qoyuruq.
Arada qarışdırırıq. Suyu çəkildikdə südü əlavə edirik. Qarışdırırıq.
Bişməyə az qalmış şəkər tozunu və kərə yağını töküb 3-5 dəqiqə kimi qarışdırıb ocaqdan alırıq.
Qablara töküb zövq görə üstünə kərə yağı əlavə edib süfrəyə veririk.
Nuş olsun!