Ərzaqlar:
200 q toyuğun döş əti
2 ədəd yerkökü
150 q pendir
1/2 st qoz ləpəsi
1 diş sarımsaq
Mayonez
Duz
Hazırlanması
Sarımsağı əzib mayonezə qarışdırırıq. Qatları sarımsaqlı mayonezlə mayonezləyirik.
Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq.
Yerkökünü sürtgəcin böyük gözündən keçiririk.
Pendiri sürtgəcin böyük gözündən keçiririk.
Qozu sürtgəcin böyük gözündən keçiririk.
Boşqaba toyuq ətini yayıb mayonezləyirik.
Yerkökünü əlavə edib duz səpib mayonezləyirik.
Pendiri əlavə edib mayonezləyirik.
Pendirin üstünə qozu səpirik.
Zövqə görə bəzəyirik.
Nuş olsun!