Ərzaqlar:
200 q ağ pendir
100-150 q suxarı
1 ədəd kahı
Keşniş, şüyüd, göy soğan
Mayonez
Duz (pendir duzlu olsa duz tökməyin)
Hazırlanması:
Göyərtiləri xırda doğrayırıq.
Kahını xırda parçalara ayırırıq.
Pendiri dörd künc doğrayırıq.
Qabın içinə birinci kahı yarpaqlarını sonra yerdə qalan ərzaqların hamısını əlavə edib qarışdırırıq.
Mayonezi əlavə edib yaxşı qarışdırırıq.
Zövqə görə bəzəyirik.
Nuş olsun!