Ərzaqlar:

1,5-2 st düyü
3 ədəd pamidor
2 ədəd baş soğan
1/2 limon suyu
1/3 st zeytun yağı ya da 2-3 x.q əridilmiş kərə yağı
1 dəstə nanə
1 dəstə keşniş
1 dəstə göy soğan
1 dəstə şüyüd
Üzüm yarpağı
Duz
Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Pamidoru yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.

Göyərtilərin hamısını təmizləyib yuyub xırda doğrayırıq. Düyünü təmizləyib yuyuruq.
Bütün ərzaqları bir qaba tökürük. Duz və sitiotunu əlavə edirik. Yağını da töküb yaxşı qarışdırırıq.

Üzüm yarpağını yuyub sıxıb dolmaları şəkildəki kimi bükürük.


Bu şəkildə dolmaları büküb qazana yığırıq.

Üstünə çıxanadək sü töküb az duru yağ əlavə edib yeməyi bişməyə qoyuruq. Dolmanın üstünə qab çevirib qoyuruq. Sonra qazanın qapağını örtürük.

Yeməyin suyu çəkilib yağa düşəndə dolmamız hazır olacaq.

Nuş olsun!

Comments

comments