Ərzaqlar:
8 ədəd pomidor
4 ədəd şirin bibər
8-10 ədəd badımcan
1 st yumru düyü
3 x.q əridilmiş kərə yağı
1 dəstə göy soğan
1 dəstə keşniş
1 dəstə şüyüd
1 balaca dəstə reyhan
Duz
Istiot
Hazırlanması:
Göyərtiləri təmizləyib yuyuruq.
6 ədəd pomidor ilə 4 ədəd bibəri yuyub kəsib içini təmizləyirik.İçinə az duz istiot vururuq.
İçini təmizlədiyimiz pomidorların içini xırda doğrayırıq. Qalan iki pomidorun üstünü soyub xırda doğrayıb doğranmış pomidorun üstünə əlavə edirik.
Badımcanı ya suda az bişirib sıxıb acı suyunu çıxarırıq. Ya da kəsib içini duzlayıb 15-20 dəqiqə qoyuruq. Sonra acı suyunu çıxarıb yuyub sıxırıq. Sonra tavada hər
tərəfini az bişiririk.
Soyuduqdan sonra badımcanların içinə duz və istiot vururuq.
İçliyi hazırlamaq üçün düyünü təmizləyib yuyub bir qaba tökürük. Üstünə xırda doğranmış göyərtiləri, xırda doğranmış pamidoru, yağı, duzu və istiotu əlavə edib qarışdırırıq.
Hazır içliyi pomidor, bibər və badımcanın içinə yığırıq.
Üstünə az miqdarda su töküb ocağa bişməyə qoyuruq. Yeməyin çox suyu çıxacaq. Suyu çəkilib yağa düşdükdə hazır olacaq. Dolmanı qatıqla bir süfrəyə veririk.
Nuş olsun!