Ərzaqlar:

500 q yağlı xəmir

4 ədəd sosiska

100 q pendir

1 ədəd şirin bibər

3 ədəd pomidor

2 x.q Mayonez

2 x.q ketçap

Duz

Hazırlanması:

Xəmiri sonyuducudan çıxarırıq. Sosiskanı nazik halqa doğrayırıq.

Pomidoru doğrayırıq.

Şirin bibəri doğrayırıq.

Pendiri sürtgəcdən keçiririk.

Qaba kağız sərib xəmiri düzürük. Xəmirdən 10×10 sm ölçüdə olan kvadratlarına ketcap və mayonez çəkirik.
Xəmir şişib qabarmasın deyə çəngəl ilə 3-4 yerdən deştəkləyirik.

Sosiskanı istədiyimiz kimi düzürük.

Pomidoru və bibəri düzürük.

Duz və pendir səpirik.

220 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments