Ərzaqlar:

12 ədəd 10×10 ölçüdə hazır yağlı xəmir

2 dəqsə cəfəri

250 q kəsmik

1 ədəd yumurta

1 x.q çörək otu

Duz

Yaymaq üçün 3-4 x.q un

Hazırlanması:

Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.

Xəmirin birini götürüb altına və üstünə un səpirik.

Uzunsov yayırıq.

Yaydığımız xəmiri iki yerə bölürük.

Xəmirin ortasına kəsmikdən qoyuruq.

Cəfəridən səpirik. Zövqə görə duz tökürük.

Yanlarını bərkidirik.

Şəkildəki formada bükürük.

Bütün yağlı xəmirləri bu formada hazırlayırıq. Soba qabına kağız sərib yığırıq.

Üstünə yumurta çəkib çörəkotu səpirik.

210 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

İsti ya da soyuq yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments