
Ərzaqlar:

1 kq yağlı xəmir
1 ədəd yumurta
İçlik:
500 q çiyər
3 ədəd baş soğan
3 x.q əridilmiş kərə yağı
Duz
Hazırlanması:
Xəmiri soyuducudan çıxarırıq. Xəmirin buzu açılana qədər içlik hazırlayırıq. İçliyi hazırlayırıq.
Baxın: [url=http://resept.az/Ciyer-qovurmasi-1114.html]Ciyər qovurması[/url] Hazır ciyər qovurmasını ət maşınından keçiririk.

Hər kvadrata 1 dolu xörək qaşığı içlik qoyub bükürük.

Qaba kağız sərib pirojnaları aralı yığırıq. Üzünə yumurta çəkirik.

220 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!






























