Ərzaqlar:
Yağlı xəmir
Hazır bişmiş qiymə
Üzünə çəkmək üçün yumurta
Üzünə səpmək üçün qara cirə (çörək otu) və küncüt
Hazırlanması:
Yağlı xəmiri əvvəlcədən çıxardırıq. Buzu açılır.
Adi qaydada bişirilmiş qiyməni xəmirin içinə qoyub bükürük. Şəkildəki kimi hazırlayırıq.
Üzünə yumurta sarısı çəkib qara cirə və küncüt səpirik.
200 dərəcə qızmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!