Ərzaqlar:
10 ədəd kvadrat yağlı xəmir
250 q hazır bişmiş qiymə
100 q kaşar ya da holland pendiri
Üzünə çəkmək üçün
1 ədəd yumurta
Üzünə səpmək üçün:
Çörəkotu və küncüt
Hazırlanması:
Yağlı xəmiri buzxanadan çıxardırıq. Buzu açılır sonra şəkildəki kimi bıçaqla kəsirik.
Kəsilmiş xəmirin içinə qiyməni tökürük.Üstünə pendiri sürtgəcdən keçirib səpirik.
Şəkildəki kimi bükürük.
Qaba yığırıq. Üstünə yumurta çəkib cörək otu və küncüt səpirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
İsti-isti süfrəyə veririk.
Nuş olsun!