Ərzaqlar:
Yağlı xəmir
Hazır bişmiş qiymə
Üzü üçün yumurta
Çörəkotu
Küncüt
Hazırlanması:
Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi kəsib içlik qoyuruq.
Sonra bükürük.
Üstünə yumurta sarısı çəkib çörəkotu və küncüt səpirik.
210 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Nuş olsun!