Ərzaqlar:

Yağlı xəmir, kolbasa

Üstü üçün:

Yumurta, küncüt

Hazırlanması:

Kolbasanı halqa doğrayırıq.Yağlı xəmiri kolbasa böyüklüyündə dairələrə bölürük.Xəmirin bir dairəsini götürüb üstünə kolbasanı qoyub yenə xəmirdən qoyuruq. Bıçaq vasitəsi ilə 8 yerə bölürük.Şəkildəki kimi forma veririk. Hamısını bu şəkildə hazırlayıb soba qabına yığırıq.Üstünə yumurta çəkirik. Ortasına küncüt səpirik.180-190 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!

 

 

Comments

comments