Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

300-400 q çəkilmiş qoyun ya da mal əti

1 st bişmiş lobya

1 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1ç.q nanə qurusu

Duz

Istiot

Zövqə görə keşniş və şüyüd

Xəmir üçün:

1 st un

1 yumurta

1/4 ç.q duz

Su aparanadək (ilıq su)

Yuxanı yaymağa əlavə 2-3 x.q un

Hazırlanması:

Una yumurta, duz və su əlavə edib normal xəmir yoğururuq.

Bir kündə olur.

Çəkilmiş ətə söğanı sürtgəcdən keçirib duz və istiot töküb qarışdırırıq.

Balaca küftəciklər hazırlayırıq.

Kündəni un töküb nazik yuxa yayırıq.

Yuxanı unlayırıq.

Oxlova bükürük.

Oxlovu içindən çıxardırıq.

Bıçaq vasitəsi ilə nazik lentvari kəsirik.

Su qaynamağa başlayanda duz töküb küftəcikləri icinə tökürük. Kəfini yığdıqdan sonra yağını tökürük. 30 dəqiqə qaynayır.Sonra lobyanı da əlavə edirik.

Yeməyin suyunu qarışdıra-qarışdıra kəsdiyimiz xəmi tökürük.

15-20 dəqiqə qaynayır. Sonra zövqə görə keşniş və şüyüd xırda doğrayıb tökürük. Nanə qurusu əlavə edirik.

Bir daha duzuna baxıb yetərincə duzunu töküb istiotunu əlavə edirik.

Nuş olsun!

Comments

comments