Balondakı mürəbbəni işlətməyə başladıqdan sonra ara-sıra üzərinə şəkər tozu səpsəniz qıcqırıb xarab olmaz.
Əti çəkib qurtardıqdan sonra ət maşınından bir parça quru çörək, yaxud da qabığı soyulmuş azca kartof keçirin. Belə etsəniz maşını asanlıqla yuya bilərsiniz.
Kotlet ləzzətli olsun deyə əti maşından keçirtdikdən sonra ona yumurta, duz, narın döyülmüş qara istiot, cəfəri, xırda doğranmış soğan, 1 xörək qaşığı qatıq, çörək əvəzinə suxarı ovuntusu qataraq bir gecə soyuducuda saxlayın.
Balıqlı, yaxud sarımsaqlı qabı yuyub axırda sirkə qatılmış su ilə yaxalasanız qoxusu tamamilə çəkilər.
Kotletlər şişsin deyə onları qızardarkən bir neçə dəfə o üz-bu üzünə çevirin.
Tavanı ağardarkən divarlara, qapı- pəncərəyə rəng süzülüb onlara ləkə salır. Belə ləkələri asanlıqla təmizləmək üçün 1 hissə sirkə, 2 hissə sudan hazırlanmış qarışıqdan istifadə etmək lazımdır.
Ətçəkən maşını yuduqdan sonra heç vaxt odun üzərində, yaxud isti duxovkada qurutmayın. Yoxsa tezliklə maşının bıçağı korlanıb sıradan çıxa bilər.
Tavanı ağardarkən divarlara, qapı- pəncərəyə rəng süzülüb onlara ləkə salır. Belə ləkələri asanlıqla təmizləmək üçün 1 hissə sirkə, 2 hissə sudan hazırlanmış qarışıqdan istifadə etmək lazımdır.