Ərzaqlar:

500 q vermişel

500 q çəkilmiş qoyun əti

2 ədəd baş soğan

2 diş sarımsaq

2 x.q pomidor püresi

2 x.q kərə yağı

2 x.q zeytun yağı

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra blenderdan (ya da ət ilə bit ət maşınından) keçiririk. Ətə çəkilmiş soğanı, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq.

Tavaya əridilmiş kərə yağından töküb qızdırırıq. Ətdən balaca küftəciklər düzəldib tavaya yığırıq.

Küftəciklərin hər bir tərəfini qızardırıq.

Sarımsağı təmizləyib yuyub xırda doğrayıb küfdəciklərin üstünə əlavə edib 3 dəqiqə qovururuq.

Sonra pomidor püresini əlavə edirik. Az miqdarda su tökürük. Vam odda hazır olana qədər bişiririk. (Zövqə görə istəsəniz kəklikotu və nanə qurusu tökə bilərsiniz)

Adi qaydada duzlu suda vermişeli bişirib süzürük. Süzdükdən sonra zeytun  və kərə yağı əlavə edib qarışdırırıq.

Qab götürüb vermişel və küfdəcikləri yığıb zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments