Ərzaqlar:

250-300 q toyuğun döş əti

100 q sarı bərk pendir

3 ədəd yumurta

5-6 ədəd qoz

250 q kişmiş üzümü

Duz

Mayonez

Bəzəmək üçün istəsəniz kahı yarpağı götürə bilərsiniz.

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk. Bişirdikdən sonra soyuduqda xırda doğrayırıq.

Pendiri sürtgəcdən keçiririk.

Yumurtanı bişirib soyuduqdan sonra qabığını soyub xırda doğrayırıq.

Qoz ləpəsini bıcaqla doğrayırıq.

Pendir, yumurta, qoz ləpəsini və toyuq ətini qarışdırırıq.

Zövqə görə duz və mayonezini töküb qarışdırırıq.

Üzümü təmizləyib yuyuruq.Düz qaba bəzək üçün əvvəlcə təmizlənib yuyulmuş kahını qoyuruq.

Qarışığı qabın ortasına töküb düzəldib üstünü az mayonezləyib üzüm dənələrini ikiyə bölüb üstünə yığıqır. Zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments