(Azərbaycanın milli salat növlərindən biri)
Ərzaqlar:
1 st tumu çıxardılmış turş gilas (təzə ya da konserv olunmuş)
2 ədəd qırmızı baş soğan
Keşniş, nanə
Duz
Hazırlanması:
Əgər təzə gilas olsa, təmizləyib yuduqdan sonra tumunu çıxardırıq.Gilasın tumunu çıxardıqdan sonra iki hissəyə bölürük.
Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Soğanın qabığını soyub yuduqdan sonra halqa doğrayırıq və halqaları bir-birindən ayırırıq.
Gilası, göyərtini, soğanı və zövqə görə düzu töküb qarışdırırıq.
Salatımız hazırdı.
Nuş olsun!