Ərzaqlar:
5 ədəd balaca pomidor
5 ədəd turp
100 q ağ pendir
1 ədəd qırmızı baş soğan
1 ədəd kahı
2-3 x.q zeytun yağı
Duz
Istiot
Hazırlanması:
Əvvəlcə bütün tərəvəzləri təmizləyib yuyuruq.
Turpu 2 bölüb nazik doğrayırıq.
Soğanı 4 bölüb nazik doğrayırıq.
P0midoru 4 bölürük.
Pendiri dördkünc doğrayırıq.
Pomidor, turp, pendiri və soğanı qarışdırırıq. (Pendir duzlu olsa duz tökməyin)
Kahı yarpaqlarını əlimiz ilə xırda hissələrə bölürük. Kahı yarpaqlarını əlavə edib duz, istiot və yağı töküb qarışdırırıq.
Nuş olsun!