Ərzaqlar:
1 ədəd kənd toyuğu, 1 ədəd baş soğan, 1 balaca dəstə keşniş, duz, istiot
Xəmir üçün:
2 st un, 1 ədəd yumurta, 1/2 (yarım) st ilıq su, 1/2 (yarım) ç.q duz
Yaymaq üçün 3-4 x.q un
Hazırlanması:
Unu əlayib bir qaba töküb yumurtanı, duzu və suyu əlavə edob qarışdırıb normal xəmir yoğururuq.Xəmiri iki yerə bölürük.
Kündənin birini götürüb nazik yuxa yayırıq.Yuxanı çoxlu unlayıb oxlova bükürük. Sonra oxlovu içindən çıxarırıq.Qalınlığı 2 m.m olmaqla lent şəklində xəmiri kəsirik.O biri kündəni də bu şəkildə hazırlayırıq. Əriştəni qoyuruq qurusun.Toyuğu təmizləyib yuyub diri qazana qoyub su əlavə edib bir baş soğanı da təmizləyib yuyub əlavə edib bişməyə qoyuruq. Qaynamağa başlayanda kəfini yığırıq.Bişməyə az qalmış az duz tökürük. Əti bulyondan çıxarıb suyunu süzürük. Toyuğu kiçik hissələrə bölürük.Yenidən suyu qazana tökürük. Toyuğun suyu az olsa əlavə su tökə bilərsiniz.Su qaynamağa başlayanda əriştəni tökürük. 10-15 dəqiqəyə bişiririk.Əriştə hazır olanda süfrəyə verdikdə üstünə doğranmış keşniş səpib ət tikələrindən də üstünə qoyub (Əriştə bişəndə istəsəniz doğranmış əti qazana töküb qarışdıra bilərsiniz.) yanında da sirkə ya da abqora veririk.
Nuş olsun!
əriştə necə hazırlanır, kənd toyuğu ilə əriştə supu, toyuqlu əriştə supu, əriştə şorbası