Ərzaqlar:

500 q toyuq əti

3 ədəd baş soğan

1 ədəd yerkökü

2 x.q əridilmiş kərə yağı

6 ədəd alça turşusu

1/2 st yumru düyü

Balaca dəstə keşniş şüyüd

Duz

Istiot

Hazırlanması:

Kökünü təmizləyib yuyub sürtgəcin böyük gözündən keçiririk.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.Tavaya soğanı töküb üstünə əridilmiş kərə yağını və az duzu əlavə edib qovururuq.

Soğan qovrulan kimi kökünü əlavə edib onu da 5 dəqiqə qovururuq.

Toyuq ətini yuyub suda bişiririk.Blyondan toyuq ətini çıxardıb bulyonu süzürük.

Süzülmüş blyona təmizlənmiş və yuyulmuş düyünü tökürük.

15 dəqiqədən sonra alça turşusunu və qovurduğumuz soğan ilə kökü əlavə edirik.Yeməyin duz və istiotunu da əlavə edirik. Yeməyin kəfini yığırıq.

10 dəqiqə də vam odda qaynadıqdan sonra toyuğun ətini əlavə edib 5-10 dəqiqə kimi bişiririk.

Yeməyi süfrəyə verdikdə təmizlənib yuyulmuş göyərtini xırda doğrayıb yeməyin üstünə səpirik.

Nuş olsun!

Comments

comments