(Şuşa mətbəxi)

Ərzaqlar:

4 st uzun düyü
1 ədəd toyuq
200 q zoğal və ya zoğal axtası
4-5 x.q əridilmiş kərə yağı
3-4 ədəd baş soğan
Zəfəran
Duz
İstiot

Qazmaq üçün:

3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:

Düyünü yuyub ilıq suda islağa qoyuruq. Suyuna duz tökürük.
Soğanın qabığını soyub yuduqdan sonra uzununa nazik doğrayırıq.

Üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Zoğalı yuyub soğanın üstünə əlavə edib 3-5 dəqiqə qovurub götürürük. Az istiot, duz səpirik.

Toyuğu duzlu suda bişiririk.
Sudan çıxarıb içinə soqanla zeytunu yığırıq. Toyuğun üstünə istiot vururuq.

Düyünü bişirmək üçün suyu qaynadırıq, duzu əlavə edib düyünü yarıhazır vəziyyətdə bişirib süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən töküb yumurta ilə qatığı çalıb, töküb qarışdırıb qazanın dibinə hündürlüyü 1 sm olmaqla yayırıq.

Az düyüdən tökürük.

Toyuğu qoyuruq.

İçlikdən qalanı toyuğun üstünə, yanına yığırıq.

Qalan düyünü toyuğun üstünə tökürük.

Düyünün üstünə zəfəran və yağ töküb plovu vam odda dəm almağa qoyuruq.

Plovumuz 45 dəqiqə -1 saata dəm alacaq.

Plov hazır olduqda düyünü qaba çəkib toyuğu ortaya qoyub, yanını qazmaq və zoğalla bəzəyirik. Üstünə qaynar yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments