(2 ədəd pizza üçün)
Xəmir üçün
Ərzaqlar:
3 x.q duru yağ
1 ç.q dolu duz
1 paket tez maya
1,5 st ilıq su
4 st ələnmiş un
Üstü üçün:
300 q toyuğun döş əti
6 x.q duru yağ
150 q pendir
Duz
İstiot
Çerri pomidoru ya da adi pomidor
Balaca dəstə cəfəri
Balaca dəstə göy soğan
Hazırlanması:
Pizza xəmirini hazırlamaq üçün baxın: pizza xəmiri
Toyuğun döş ətini yuyub təmizləyib duz və istiotlayırıq.
Tavada 4 x.q duru yağı töküb qızdırıb toyuq ətini qoyuruq.İki tərəfini qızardırıq.
Hazır olduqda doğrayırıq.
Pomidoru yuyuruq. Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Pendiri sürtgəcdən keçiririk.
Soba qabına kalka kağızını sərib kündənin birini qoyub qalınlığı 0,5 sm olmaqla əlimiz ilə yayırıq.
Kündəni yaymağa başlayanda az yayıb sonra üstünə 1 x.q duru yağ töküb yenə yaymağa davam edirik.
Xəmiri yaydıqdan sonra üstünə duz istiot səpirik.
Ərzaqların yarısını ikinci pizzaya saxlayırıq.
Pendirin yarısını tökürük.
Toyuq ətinin yarısını tökürük.
Pomidorun yarısını iki bölüb yığırıq. Soğanın yarısını səpirik.
200 dərəcə qızmış sobada 15-20 dəqiqəyə bişiririk.
Hazır pizzanın üstünə doğranmış cəfərini səpib süfrəyə veririk.
İkinci pizzanı da bu qayda ilə hazırlayırıq.
Nuş olsun!